Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

ATƏT-dən erməni deputata tərs şillə

bitmap-img6


Azərbaycanın təklifi qəbul edilib

 

 
Xeberinfo.com:   Bu gün Tbilsidə keçirilən ATƏT Parlament Assambleyasının (PA) sessiyası çərçivəsində Siyasi və Təhlükəsizlik məsələləri üzrə ümumi komitənin iclasında qətnamə layihəsinə əlavələr və təkliflər müzakirə edilib.
 
 APA-ya istinadən xəbərə görə, sessiyada Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili təklif ilə çıxış edib.
 
T.Mirkişili ATƏT-ə üzv bir neçə ölkədə "dondurulmuş" münaqişələrin həllinin uzadılmasına görə ciddi narahatlığını bildirib və münaqişələrin suverenliyə, ərazi bütövlüyünə və dövlət müstəqilliyə, həmçinin bu dövlətlərin demokratik inkişafına maneə olduğunu və regional əməkdaşlığa və inkişafa çətinlik törətdiyini vurğulayıb. Səsvermə zamanı komitə iclasının çoxluq üzvü Azərbaycanın ATƏT-in PA-nın Siyasi və Təhlükəsizlik məsələləri üzrə ümumi komitəsinin iclasında qəbul edilən qətnamə üçün təklif etdiyi 4-cü maddə üzrə olan bu düzəliş qəbul edilib.
 
Ermənistan nümayəndəsi Azərbaycanın qətnaməyə verdiyi təklifin əleyhinə səs verib. Ermənistan nümayəndəsinin 6-cı düzəliş maddəsi üzrə “beynəlxalq hüquqla təsbit olunmuş sərhədlər çərçivəsində” təklif etdiyi düzəliş qəbul olunmayıb. Azərbaycan nümayəndəsi həmçinin Ermənistan nümayəndəsinin düzəlişi ilə bağlı çıxış edərək bu düzəlişin BMT-nin qəbul etdiyi sənədlərdə və ATƏT-in Helsinki Xartiyasına  zidd olduğunu bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam