Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

"Aprel hadisələri təkrarlanmamalıdır"

“Türkiyəli həmkarımı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyəti ilə bağlı məlumatlandırmışam. Hesab edirik ki, Minsk Qrupunun üzvü olan Türkiyəni bu barədə məlumatlandırmalı idik”.

Xeberinfo.com:   Məlumata görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.


E. Məmmədyarov Azərbaycanın mövqeyini M. Çavuşoğlunun diqqətinə çatdırdığını söyləyib: “İnanıram ki, danışıqların intensiv şəkildə davam etdirilməsi nəyəsə nail olmağa imkan verəcək”.

Mövlud Çavuşoğlu isə deyib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu həll edilməlidir: “Aprel hadisələrinin təkrarlanmaması vacibdir. Münaqişənin sülh yolu ilə həlli istiqamətində atılan müsbət addımları dəstəkləyirik. Bunu Soçidə Rusiyanın xarici işlər naziri Sergey Lavrova da bildirmişəm”.

M. Çavuşoğlu Rusiya ilə münasibətlərin normallaşdırılmasındakı roluna görə Azərbaycana bir daha təşəkkürlərini ifadə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam