Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Gülər Əhmədovadan jurnalistlərə mesaj

 

     "xeberinfo.com": Mayın 5-i azadlığa çıxan sabiq millət vəkili Gülər Əhmədova jurnalistlərə mesaj göndərib. Eks-deputat  açıqlamasında hazırda müalicə olunduğunu bildirib: “Ailəvi qərarımız var ki, mətbuata danışmayacam. Azadlığa çıxmağımla maraqlananlara, bu xəbərə sevinənlərə, eləcə də sevinməyənlərə təşəkkür edirəm. Hələlik ancaq iki şey barədə düşünürəm: ailə və istirahət. Bəraət hökmü üçün müraciət barədə heç bir qərarımız yoxdur. Vəkillər də istirahət edir, mən də.
      Mənimlə maraqlanan, azadlığa çıxdığıma görə sevinənlərə təşəkkür edirəm. Hörmətli jurnalistlərdən, mətbuat işçilərindən isə xahiş edirəm ki, məni narahat etməsinlər, məni başa düşsünlər. Çünki uzun müddətdir ailəmdən, balamdan uzaq düşmüşəm. Bundan başqa, sağlamlığımla məşğulam. Hamıdan xahiş edirəm ki, inciməsinlər. Bütün jurnalistlərə, məni axtaran qələm əhlinə cansağlığı, ailə səadəti arzu edirəm. Ailəmlə, uşaqlarımla oturmuşam, iynə-dərmanımı qəbul edirəm. Məni başa düşsünlər. Üstümə gəlməsinlər, imkan varsa, rahat buraxsınlar".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam