Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

"Bu, mitinq yox, 10-15 nəfərdən ibarət toplantı idi"

siyavusOnlar mitinq keçirməklə Sərbəst toplaşmaq azadlığı haqqında qanunu və Seçki Məcəlləsini pozublar

 “Müsavat Partiyasının mitinqi çox zəif keçib. Bu, mitinq yox, 10-15 nəfərdən ibarət toplantı idi”.

Xeberinfo.com:   Bunu “Report”a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Müsavat Partiyasının sentyabrın 18-də keçirdiyi mitinqə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin olunur: “Onlar mitinq keçirməklə “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunu və Seçki Məcəlləsini pozublar. Bununla belə onlar keçirdikləri mitinqlərdə primitiv fikirlər səsləndirirlər. Çıxışlarında yalnız Yeni Azərbaycan Partiyasından danışırlar. Görünür, onlar YAP-ın həndəvərindən o tərəfə gedə bilmirlər”.

YAP rəsmisi vurğulayıb ki, həm Milli Şuranın, həm də Müsavat Partiyasının mitinqlərində eyni mövzu ətrafında çıxışlar edilib: “Ortaya yeni fikir qoya bilmirlər. Bu da onların zəifliyini göstərir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam