Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Ukraynalılar Rusiyadakı tarixi torpaqlarını geri tələb edirlər

 

Sosial şəbəkələrdə “Kolomoyski xəritəsi” adı altında paylaşılan xəbər ruslarda əsl şok effekti yaradıb.

 

   "xeberinfo.com": Məlumata görə, sözügedən xəritədə ukraynalıların hazırda Rusiyanın tərkibində olan tarixi torpaqlarının geri alınması qeyd olunub.  
     Öz maraqlı gedişləri ilə diqqətləri çəkən Dneproperovsk vilyəti qubernatoru Kolomoyskinin adının xəritəyə verilməsi isə təsadüfi seçilməyib. Ruslar artıq bu xəritənin işıq üzü görməsindən və qubernatorun iş bacarığı, nüfuzundan əndişələnərək, Kiyevin Rusiya torpaqlarını ələ keçirəcəyindən ehtiyatlanırlar. 

     Bəzi ekspertlər isə bu xəritənin müəyyən planlara xidmət etdiyini dilə gətiriblər. Onların qənaətinə görə, Krımda birtərəfli qaydada referendumun keçirilməsi, əslində, Rusiyanın öz əleyhinə çevriləcək. Yaxın vaxtlarda Rusiyanın Rostov və Belqorod vilayətlərində Ukraynaya birləşmə ilə bağlı referendumun keçirilməsi qaçılmaz olacaq. Çünki bu presedenti elə Putinin özü qoyub.  

    Ekspertlər bildirib ki, iqtisadi böhrana düçar olacaq Rusiyanın bu məsələləri nəzarətdə saxlaması mümkünsüzləşəcək. Xəritədə Rusiyanın bir neçə vilayətinin Ukraynaya birləşdirilməsi planlaşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam