Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Qərb terrorçuluqla mübarizəni sözdə aparır”

“Suriyanın İdlib şəhərinə aviazərbələrin Rusiya və Suriya tərəfindən endirilməsinə dair Qərb tərəfindən yayılan məlumatlar uydurmadır”.

Xeberinfo.com:  Məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı və suriyalı həmkarları Məhəmməd Cavad Zərif və Valid Müallimlə üçtərəfli görüşün yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

O, ABŞ-ın Suriya ilə bağlı danışıqlarda öhdəliklərini yerinə yetirib-yetirməməsi məsələsinə də toxunub: “Rusiya ABŞ-ın Suriyada müxalifləri terrorçulardan ayırması ilə bağlı öhdəliyini yerinə yetirməsini gözləmir. Bu gün onuncu gündür ki, Rusiya və Suriya Hələb ətrafında hərbi aviasiya uçuşu həyata keçirmir. Əlbəttə ki, bu müddət ərzində şərqi Hələbdə müxalifləri terrorçulardan ayırmaq olardı. Belə çıxır ki, atəşkəsə riayət olunması ilə bağlı çağırışlar ancaq vaxt qazanmaq, ekstremistlərə fasilə vermək üçündür. Təbii ki, onlar da bundan istifadə edirlər”.

Hələbdə humanitar obyektlərə endirilən zərbələrdən danışan rusiyalı nazir bildirib ki, Qərb ölkələri terrorçuluğa qarşı sözdə mübarizə aparırlar: “Hər dəfə biz belə hallarda faktları misal gətiririk. Bizim qərbli həmkarlarımız isə sözlü ittihamlar səsləndirirlər. Qərbli həmkarlarımız antiterror mübarizəsi ilə yalnız sözdə məşğul olurlarsa, biz praktikada işi sona çatdırmağa qərarlıyıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam