Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

"Putin və Tramp kişi kimi söhbət edib"

 

 

Rusiya prezidenti Vladimir Putin və yeni seçilən ABŞ prezidenti Donald Tramp arasında qarşılıqlı siyasi anlaşma var. 
Xeberinfo.com:  TASS-a istinadən xəbərə görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Asiya-Sakit Okean ölkələrinin Xarici İşlər Nazirlərinin Perunun paytaxtında keçirilən iclasında deyib.

“Onlar arasında bir mənalı olaraq siyasi əhval-ruhiyyə var. Siyasi qarşılıqlı anlaşma mövcuddur. Donald Tramp rəsmən hakimiyyətə gəldikdən sonra məqsəd bu əhval-ruhiyyəni praktiki iş dilinə köçürməkdir. Biz buna hazırıq”, - deyə nazir vurğulayıb. 

“Moskva və Vaşinqton arasında münasibətlərin yenidən başlanması mümkün ola bilərmi?” sualına Lavrov belə cavab verib.

“Hazırda yeni bir termin kəşf etmək istəmirəm. Putin və Tramp arasında professional kişi danışığı baş tutub. Prezidentlər telefonla həm ölkələrimiz arasında ikitərəfli münasibətlərin vəziyyətini, həm də qlobal və regional problemlərin həllində qarşılıqlı əlaqələri müzakirə ediblər”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam