Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Türkiyə bütün türkdilli ölkələrə daim dəstək olub və olacaq”

Səfir: “Türkiyə bütün türkdilli ölkələrə daim dəstək olub və olacaq”

 

 

 
“Türkiyə Cümhuriyyəti olaraq türkdilli qardaş ölkələrə bu ilin 15 iyulunda terrorçular tərəfindən dövlətçiliyimizə qarşı xain hərbi çevriliş cəhdi zamanı bizə verdikləri dəstəyə görə təşəkkür edirik”.
 
Xeberinfo.com:   APA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Milli Məclisdə keçirilən “Türkdilli Ölkələrin Parlament Assambleyasına üzv ölkələr son 25 ildə” adlı konfransda çıxışında deyib. O bildirib ki, 15 iyulda Türkiyə xaricdən və ölkə daxilindən olan xainlərin amansız terror cəhdinə məruz qalıb: “Ölkəmizi xainlərə təslim etməyə çalışdılar. Dövlət çevrilişi cəhdləri ölkəmizə qarşı xəyanət idi. Bu cəhddən sonra türkdilli ölkələrin, onların dövlət başçılarının, xüsusilə də Azərbaycan prezidentinin ölkəmizə göstərdiyi dəstəyə görə minnətdarıq. Biz bu yardımları unutmarıq və hər zaman sizi dəstəkləməkdə davam edəcəyik. Türkiyə keçmiş Sovet İttifaqından qurtulan bütün türkdilli ölkələrə daim dəstək olub və həmişə olacaq. Bu gün dünyanın ən böyük bayrağı Bakıda, Bayraq Meydanında dalğalanır. Bu bayraq tək Azərbaycanın deyil, bütün türk dövlətlərinin müstəqillik simvoludur. Bu bayrağı endirməyə çalışanlar qarşısında bizi görəcək və buna heç kimin gücü çatmayacaq”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam