Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

"Ərdoğanın bəyanatı bizim üçün sürpriz oldu"

 

 

“Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın bəyanatı bizim üçün sürpriz oldu və Moskvanın Suriya yanaşması ilə üst-üstə düşmür”.

Xeberinfo.com:  Məlumata görə, bu barədə Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.

Rusiya rəsmisi deyib ki, Moskva məsələ ilə bağlı rəsmi Ankaradan izahat gözləyir: “Bəyanat bizim üçün gözlənilməz oldu. Bu çox ciddi bəyanatdır və Rusiyanın Suriya ilə bağlı mövqeyinə ziddir”.

Qeyd edək ki, ötən gün Suriyada həyata keçirilən “Fərat Qalxanı” əməliyyatından danışan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu ölkəyə diktator Bəşər Əsədin hökmranlığına soy qoymaq üçün giriblər.

“Biz səbir, səbir dedik, ən sonda dözə bilməyərək Azad Suriya Ordusu ilə Suriyaya girmək məcburiyyətində qaldıq. Nə üçün girdik? Bizim Suriya torpaqlarında gözümüz yoxdur. Biz dövlət terroru ilə məşğul olan Əsədin hökmranlığına son qoymaq üçün oraya girdik”, - deyə Ərdoğan vurğulayıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam