Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“ABŞ Azərbaycanla münasibətlərin inkişafına çalışır”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib.

Xeberinfo.com:   Komitənin mətbuat xidmətindən verilən məlumata görə, M.Qurbanlı bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri Konstitusiya və "Dini etiqad azadlığı haqqında" qanunla tənzimlənir və bütün dini konfessiyalar qanun qarşısında bərabər hüquqlara malikdirlər. O qeyd edib ki, Azərbaycan tolerant və multikultural dəyərləri ilə dünyada nümunə ola biləcək ölkələrdən biridir: “Müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər. Eyni zamanda, Azərbaycan dövləti tərəfindən dini icmalara fəaliyyət göstərmələri üçün maliyyə yardımı ayrılır”.

Səfir Azərbaycanın güclü  tolerantlıq ənənələrinə malik olduğunu və hazırda narahat dünyada bunun böyük önəm daşıdığını deyrib. O bildirib ki, təmsil etdiyi ölkə Azərbaycanla münasibətlərə önəm verir və bu münasibətlərin inkişafına çalışır.

M.Qurbanlı ABŞ-ın yeni administrasiyası ilə Azərbaycan  hökuməti arasında yüksək səviyyəli əlaqələrin qurulacağına və bunun hər iki dövlətin mənafeyinə xidmət edəcəyinə əmin olduğunu vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam