Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Ermənilər Füzulidə daha 4 əsgər itiriblər

 

 

 “Mayın 28-də baş verən atışma zamanı yaralanan dörd əsgərimizin vəziyyəti normallaşmağa başlayır”.

   "Xeberinfo.com" Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə İrəvan hospitalının rəisi Aram Asaturyan çıxış edib.


    O, hazırda yaralılardan yalnız ikisinin vəziyyətinin ağır olduğunu söyləyib: “Hərbçilər daha çox qəlpə yaraları alıblar. İki hərbçimizdə isə kəllə beyin travması var. Onların vəziyyəti stabil ağır olaraq qalır”.

   Qeyd edək ki, mayın 28-də Füzuli istiqamətində erməni hərbi birləşmələrinin diversiya kəşfiyyat qrupunun hücumunun qarşısı ordumuz tərəfindən alınıb. Hücumun qarşısını alan zaman isə bir kapitan və bir gizirimiz şəhid olub, daha bir əsgərimiz yaralanıb.
 
    Onu da xatırladaq ki, dünən Ermənistan Müdafiə Nazirliyi yalnız 19 yaşlı Erik Qasparyanın həlak olduğunu bildirmişdi. Nazirlik heç bir yaralının olmadığını söyləmişdi.

    Hazırda verilən açıqlama və 4 yaralının olduğunu bildirməsi isə son diversiya əməliyyatının qarşısının alınması zamanı ermənilərin ciddi itki verdiyi, ancaq bunu gizlətdiyi barədə ehtimalları daha da gücləndirir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam