Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Yeni SSR-i yaradılır ?!

 

   "Xeberinfo.com": “Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması ilə bağlı müqaviləni ən yaxın zamanda imzalamaq lazımdır”. Rusiya prezidenti Vladimir Putin mayın 29-da Qazaxıstanın paytaxtı Astanada Ali Avrasiya İqtisadi Şurasının genişləndirilmiş iclasına yekun vurarkən belə deyib.
    Avrasiya İqtisadi İttifaqının yaradılması haqda müqaviləni Rusiya, Qazaxıstan və Belarus prezidentləri Vladimir Putin, Nursultan Nazarbayev və Aleksandr Lukaşenko bu gün imzalayıblar. Müqavilə hər üç dövlətin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur. 
  Məlumata görə, Putin deyib ki, iclasda tərəflər Avrasiya İttifaqı iştirakçıları dairəsinin genişləndirilməsi və Ermənistanın ona qoşulması ilə bağlı məsələləri müzakirə ediblər: “Bu sənədi ən yaxın zamanda imzalamaq lazımdır. Ermənistan tərəfi bunu iyun ayında etmək istəyir, biz bütövlükdə razılığa gəlmişik. Ümid edirik ki, Ermənistan tezliklə ittifaqın tamhüquqlu üzvü ola bilər”.
   Putin sammitdə digər xarici tərəfdaşlarla, o cümlədən Qırğızıstanla da əməkdaşlıq perspektivlərinin müzakirə olunduğunu vurğulayıb: “Qırğızıstanın bizim ittifaqa qoşulmaq şansı var”.
   Hazırda Astana şəhərində olan Ermənistan prezidenti Serj Sərkisyan bəyan edib ki, ölkəsi iyunun 15-də Avrasiya İqtisadi İttifaqına qoşulacaq. Qırğızıstan prezidenti Almazbek Atambayev də Ali Avrasiya İqtisadi Şurasının genişləndirilmiş iclasında çıxış edərək ölkəsinin 2014-cü ilin sonuna qədər Avrasiya İqtisadi İttifaqına qoşulacağını deyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam