Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Obama Putinə meydan oxudu:«Davamı olacaq!»

obama-putin2ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı son sanksiya qərarından danışıb.

Xeberinfo.com:   Obama bildirib ki, bu sanksiyalar Rusiyanın ABŞ-dakı son prezident seçkilərinə müdaxiləsinə və Moskvadakı amerikalı diplomatlara qarşı təzyiqlərə cavab olaraq tətbiq edilib.

“Rusiya hökumətinin Amerikanın rəsmi şəxslərinə aqressiv təzyiqlərinə və seçkidəki kiberəməliyyatlara cavab olaraq sanksiyaların tətbiqinə qərar verdim», deyə Obama qeyd edib.

Obama onu da bəyan edib ki, bu, son deyil və ABŞ Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərini davam etdirəcək:
“Son sanksiya qərarı Rusiyanın aqressiv əməllərinə tam cavabımız deyil. Bu tədbirlərin davamı olacaq. Və bunların bəzilərini ictimailəşdirməyəcəyik".

Xatırladaq ki, sanksiya siyahısında Rusiya Federal Təhlükəsizlik Xidməti, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı, həmçinin 6 fiziki şəxs (Vladimir Alekseyev, Sergey Qizunov, Yevgeni Boqaçov, İqor Korobov, Aleksey Belan və İqor Kostyukov) var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam