Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Tramp dünyada nə baş verdiyini anlamır” -Həsən Ruhani

 

İran prezidenti Həsən Ruhani ABŞ-ın yeni dövlət başçısı Donald Trampın siyasətdə yeni olduğunu və dünyada baş verənləri anlamadığını bəyan edib.

 

Xeberinfo.com:   Xarici mediaya istinadən xəbərə görə, Ruhani “Tramp – siyasətdə yeni adamdır”, -  deyə qeyd edib.

Onun fikrincə, ABŞ prezidenti buna qədər tamamilə başqa dünyada yaşayıb və indi tamamilə tanış olmadığı vəziyyətlə üzləşib: “Bir müddət keçəcək, o, dünyada həqiqi mənada nələr baş verdiyini başa düşəndə, bu, ABŞ-a böyük qiymətə başa gələcək”.

 

İran prezidentinin bu şərhi Donald Trampın bəzi İslam ölkələrindən, o cümlədən İrandan ABŞ-a mühacirətin məhdudlaşdırılması haqda imzaladığı qanun olub.

“İndi adamları bölmək vaxtı deyil”, - Ruhani bəyan edib.

 

O, əlavə edib ki, Tehran Amerika liderinin bu qərarına qarşı lazım olan cavab tədbirlərini görəcək.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam