Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Mövcud status-kvo Ermənistandan başqa heç kəsi qane etmir” -Nazir

elmar-m%c9%99mm%c9%99dyarov

“Biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşündə iştirak etməyə hazırıq”.

Xeberinfo.com:   Bu sözləri “RİA Novosti”yə müsahibəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, konkret vaxtla bağlı hələ ki təklif yoxdur: “Bu barədə ideya mən Moskvada olarkən səsləndi. Sergey Lavrov belə bir təklif irəli sürdü və mən hazır olduğumu bildirdim. Lakin bu görüş iş qrafikinin razılaşdırmasını tələb edir”.
 
Nazir qeyd edib ki, mövcud status-kvo ola bilsin ki, Ermənistandan başqa heç kəsi qane etmir: “Biz neçə dəfə mənim iştirakımla nazirlərin görüşündə məsələnin yerindən tərpədilməsinə yaxın olmuşuq. Danışıqlar masasını tədricən problemlərdən təmizləmək lazımdır. Ən əsas problem isə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisində mövcudluğudur. Hərbçilər kazarmalara qayıtmalıdır. Bu isə özlüyündə böyük imkanlar açacaq. Bu, planın bir hissəsidir”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam