Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Qarabağın həlli vasitəçilərdən asılı deyil" -Səfir

ATƏT-in Minsk qrupunun həmsədrləri dialoq üçün şəraitin yaradılması istiqamətində səylərini əsirgəmirlər.

 

Xeberinfo.com:   Azvision.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye keçirdiyi mətbuat konfransında deyib. 


“Vasitəçilər əmindirlər ki, münaqişənin həllində sülh danışıqlarından başqa yol yoxdur. İnsan itkiləri təkcə aprel müharibəsi zamanı olmayıb və bu, az qala gündəlik vəziyyətdir. Belə vəziyyət qane edə bilməz”.

Səfirin sözlərinə görə, insidentlərin araşdırılması mexanizmlərinin yaradılması haqqında əldə olunmuş razılaşmalar mütləq icra olunmalıdır: “Lakin bu kontekstdə onu bilmək lazımdır ki, məsələnin həlli vasitəçilərdən asılı deyil. Bu, tərəflərin siyasi iradəsinin şərtləndirdiyi məsələdir”.

Səfir əlavə edib ki, Fransa tərəflərin görüşünü qəbul etməyə hazırdır: “Prezident Olland bəyan etdiyi kimi biz bunu etməyə hazırıq. İstənilən halda, mən də israr edirəm ki, münaqişənin həlli yalnız danışıqlar yolu ilə ola bilər. XX əsrdə sülh yolu ilə həll olunan münaqişələrin nümunəsi var”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam