Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Ermənilərin Naxçıvana hücum etməsinin şok etirafı

 

                       “Biz Azərbaycan tərəfinə PK-dan təxminən 400 güllə atdıq”.
   "Xeberinfo.com": Bu informasiyanı Ermənistan mətbuatı yayıb. Mətbuat iyunun 5-də iki nəfər erməni əsgərinin öldüyü postdakı şahidlərin açıqlamalarını yayıb. Hadisə şahidləri atəşkəsin erməni ordusu tərəfindən pozulduğunu dilə gətiriblər: “Biz öz postumuzdan 300-500 metr məsafədə Azərbaycan Silahlı Qüvvələrinə məxsus olan müşahidə avtomobillərini gördük. Avtomobilə təxminən 6-7 nəfər snayper əyləşdi. Ardınca isə biz PK-dan (Pulemyot Kalaşnikov) atəş açdıq. Avtomobilə doğru təxminən 400 güllə atdıq. Əsgərlər avtomobildən çıxdılar. Biz 3 nəfərin çıxaraq qamışlıqda gizləndiyini gördük. Qalanlarından xəbərimiz yoxdur”.
 Qeyd edək ki, iyunun 5-də Ermənistan ordusunun iki əsgəri Naxçıvan istiqamətində Azərbaycan Ordusunun snayperlərinin gülləsinə tuş gələrək ölmüşdülər. Bundan üç gün öncə isə Ermənistan ordusunun atəşkəsi pozması nəticəsində Azərbaycan SQ-nin əsgəri Zaur Həsənli şəhid olmuşdu.
 Onu da xatırladaq ki, 5 iyun hadisəsindən dərhal sonra Ermənistanın Müdafiə naziri Seyran Ohanyan ATƏT sədrinin şəxsi  nümayəndəsi Anjey Kaspirşiki nazirliyə dəvət edərək, Azərbaycanı atəşkəsi pozmaqda günahlandırmışdı.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam