Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

"Bu necə demokratiyadır?" -Jirinovski Hollandiyanı ittiham etdi

Vladimir Jirinovski 301211

“Sən olmasaydın Türkiyə, bu həyat nəyə yarayardı?”

Yenixeber.org:   Bu sözləri Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.

 “Onlar (Hollandiya) Türkiyənin daha güclü bir rejim olacağından qorxur. 16 apreldə referendum olacaq və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın əlində böyük səlahiyyətlər cəmləşəcək. Bu, Qərb üçün böyük təhdid ola bilər. Çünki Qərb hər yerdə parlamentli sistemin olmasını istəyir. Bu necə demokratiyadır? Türk nazir öz soydaşları ilə görüşə bilmir. Nazirin əllərindən tutub, sərhədə aparırlar. Budurmu demokratiya? Bir vaxt Türkiyə ilə əlaqələrimizi korladılar. Ərdoğan bir dövlət başçısı olaraq bizimlə normal əlaqələr yaratmaq istəyir”, – partiya lideri əlavə edib.

Jirinovski Ərdoğanla görüşünü də xatırladıb: “Ticarətlə, sülhlə cənuba enək. Türklər də şimala gəlsin. Onlar bizi sevir. Ərdoğanın nə üçün məni qəbul etdiyini bilirsinizmi? Çünki mən Türkiyənin əsl dostuyam. Mahnıda deyildiyi kimi, “Sən olmasaydın Türkiyə, bu həyat nəyə yarayardı?”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam