Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Ərdoğan Bakı səfərinin tarixi bilindi

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana Qazaxıstandan gələcək.

Yenixeber.org xəbər verir ki, bu barədə informasiyanı “Deyli Sabah” qəzeti yayıb. Qəzet türk liderin Astanaya səfərinin sentyabrın 8-dən 10-na qədər davam edəcəyini bildirib. O, burada Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüşəcək. Görüş zamanı əsas müzakirə mövzuları Myanmadakı humanitar faciə, eləcə də FETÖ terror təşkilatı ilə birgə mübarizə olacaq.

Qazaxıstandan sonra Azərbaycana gələn Ərdoğan Bakıda Prezident İlham Əliyevlə görüşəcək. Bir həftə sonra isə türk lider Nyu Yorka BMT-nin Baş Assambleyasına yollanacaq.

Qeyd edək ki, bundan öncə Ərdoğanın Azərbaycana sentyabrın 10-da səfər edəcəyi bildirilsə də, sonradan Türkiyənin Bakıdakı səfiri Ərkan Özoral bu səfərin təxirə salındığını bildirmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam