Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Qarabağda separatizmə dəstək, Kataloniyada dəyənək?

 

Ölkəmizin apardığı balanslı siyasət Avropa millətçiləri, ermənipərəst və anti-Azərbaycan qüvvələr tərəfindən xoş qarşılanmır

Yenixeber.org: Bunu politoloq Arzu Nağıyev deyib. Ekspert bildirib ki, Kataloniya hadisələrinə qədər Azərbaycanı Dağlıq Qarabağ məsələsini sülh danışıqları ilə həll etməyə çağıranlar separatizmə “yaşıl işıq” yandırmağın nə qədər yanlış olduğunu kataloniya olaylarından sonra başa düşdülər:

“Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bütün danışıqlarda birinci məsələdir. İkinci məsələ isə işğalçı qoşunların Azərbaycan ərazilərindən çıxmasıdır. Dağlıq Qarabağa ölkəmizin ərazi bütövlüyü tərkibində yüksək muxtariyyətin verilməsi isə son mərhələ ola bilər. Ancaq hazırda Azərbaycana qarşı sərgilənən mövqe ikili standartlardan irəli gəlir. Aydındır ki, Azərbaycanın yürütdüyü siyasət onları razı sala bilməz. Fikir verin, bu gün insan haqlarının tapdalanması, yaxud hər millətin öz müqəddəratını təyin etməsi istiqamətində addımlar atmaqla yanaşı, paralel olaraq da suverenlikdən danışan dairələr beynəlxalq hüququn hansı vəziyyətdə olmasını bir daha ortaya qoyurlar. Təbii ki, bütün bunlar da səbəbsiz deyil və böyük güclərin şəxsi maraqlarındən irəli gəlir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam