Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“GUAM ölkələri işğal faktından qurtulmalıdırlar”- Elmar Məmmədyarov

 

“GUAM ölkələri işğal faktından qurtulmalıdırlar”

 

“GUAM üzv ölkələrin əməkdaşlığı üçün vacib platformaya çevrilib. Təşkilat üzv ölkələrin ərazisində münaqişələrin həlli məsələsində səylərin birləşdirilməsində önəmli rola malikdir”.

Yenixeber.org Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov GUAM xarici işlər nazirlərinin Tbilisidə keçirilən görüşündə bildirib.

Nazir deyib ki, üzv dövlətlər əlaqələri inkişaf etdirmək üçün, ilk növbədə, müstəqilliklərini möhkəmləndirməli, məruz qaldıqları işğal faktından qurtulmalıdırlar:

 

“GUAM-a üzv olan dörd ölkə demək olar ki, oxşar problemlərdən əziyyət çəkir. Bunun üçün də əməkdaşlıq daha da gücləndirilməlidir. Bu, üzv ölkələrin inkişafına və əhalisinin firavan həyatının təmin olunmasına gətirib çıxaracaq. GUAM-a üzv dövlətlərin ərazi bütövlüyünün pozulması ilə bağlı Azərbaycanın müvafiq bəyanatları var. Biz beynəlxalq hüququn tələblərinə uyğun olaraq ərazi bütövlüyü çərçivəsində ölkələrin sərhədlərini tanıyırıq. Bu istiqamətdə səylərimizi davam etdirəcəyik”, - deyə E.Məmmədyarov vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam