Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Gürcüstan Qarabağ müharibəsinə cəlb oluna bilər”

 

 Gürcüstanlı eksperti Mamuka Areşidze hesab edir ki, Azərbaycanla Ermənistan arasında genişmiqyaslı müharibə başlayacağı təqdirdə Gürcüstan mütləq müharibəyə cəlb olunacaq. "Xeberinfo.com" gürcü mediasına istinadən xəbər verir ki, politoloq ötən müharibədə də analoji halın yaşandığını söyləyib. 
Onun sözlərinə görə, əvvəla, ölkə hər iki tərəfdən qaçqınlar qəbul eləməli olacaq: “Həmçinin, hər iki tərəfin Gürcüstan ərazisində diversiya törətmək istəyi unudulmamalıdır – azərbaycanlılar Ermənistana gedən qaz kəmərinə, ermənilər isə Gürcüstandan keçən kəmərlərə qarşı nəsə edə bilərlər. Bu qəbildən başqa fəallaşmalar da istisna deyil. Bundan əlavə, Gürcüstanda yaşayan azərbaycanlılar və ermənilər arasında lokal münaqişələr mümkündür. Ən əsası, müharibə olarsa, regiondakı iqtisadi aktivliyə nöqtə qoyulacaq”.
Ekspertin fikrincə, Gürcüstan birbaşa və ya dolaysıyla konfliktə cəlb olunsa, rəsmi Tiflisə nəsə eləmək çətin olacaq. “Yeganə vasitəçilik rolunu yerinə yetirmək olar. Başlıcası, bu qarşıdurmanın kimə sərf elədiyini müəyyən etməkdir”, - deyə gürcü politoloq sonda vurğulayıb. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam