Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Cəbhədə son durum

 

Ermənilər 8 rayonumuzu atəşə tutdu

 Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 58 dəfə pozulub.

"Xeberinfo.com"  Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Əlibəyli, Koxanəbi və Ağbulaq kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əskipara kəndində yerləşən mövqelərimiz də atəşə məruz qalıb. 

Ağdam rayonunun Yusifcanlı, Mərzili, Şuraabad, Baş Qərvənd, Qaraqaşlı, Tərtər rayonunun Göyarx, Çaylı, Qızıl Oba, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Qorqan, Qaraxanbəyli, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 

Düşmən cavab atəşi ilə susdurulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam