Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Estoniya prezidenti:Aİ Azərbaycanla əməkdaşlığı genişləndirməyi hədəfləyir

Estoniya prezidenti:

 

“Avropa İttifaqı (Aİ) Azərbaycanla əməkdaşlığı genişləndirməyi hədəfləyir”

 

Yenixeber.org: Bunu Brüsseldə jurnalistlərə müsahibəsində Estoniya prezidenti Kersti Kalyulayd bildirib. Estoniya hazırda Aİ Şurasının sədr ölkəsidir.

“Avropa İttifaqı “Şərq Tərəfdaşlığı”nın bir sıra ölkələri ilə, o cümlədən Azərbaycanla əlaqələrin genişləndirilməsinə yönəlmiş yeni sazişlərin imzalanmasına hazırlıq görür. Biz xalqlarımız üçün daha yaxşı nəticələrin əldə olunması üzərində işləyirik”, - K.Kalyulayd deyib.

Onun sözlərinə görə, “Şərq Tərəfdaşlığı” ölkələrinin zirvə görüşləri mühüm əhəmiyyətə malikdir: 

“Çünki Riqada baş tutan əvvəlki sammitdən sonra bir çox praktiki addımlar atılıb. Bu xüsusilə iqtisadi əməkdaşlığın inkişafına aiddir”.

Prezident həmçinin ölkələrimizin islahatlar prosesini davam etdirməsinin vacibliyini vurğulayıb və Avropa İttifaqı üçün “Şərq Tərəfdaşlığı” ölkələri ilə ikitərəfli münasibətlərin prioritet məsələ olduğunu qeyd edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam