Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Gürcüstan müxalifəti etiraz edir-Ermənistandan gələn yüklərin daşınmasına

 

Gürcüstan müxalifəti Ermənistandan gələn yüklərin daşınmasına etiraz edir

Gürcüstan müxalifəti Baş nazir Georgi Kvirikaşvilinin Ermənistandan gələn yüklərin fors-major hallarda Cənubi Osetiya və Abxaziyadan keçməklə Rusiyaya çatdırılmasına icazə verilməsi ilə bağlı təklifini sərt tənqid edib.

Yenixeber.org: Baş nazir Georgi Kvirikaşvili parlamentdəki çıxışı zamanı Ermənistandan gələn yüklərin fors-major hallarda Abxaziya və Cənubi Osetiyadan keçməklə Rusiyaya çatdırılmasını təklif edib. Hökumət başçısı deyib ki, bu yoldan fors-major hallarda təkcə Ermənistan deyil, Türkiyə və digər ölkələr də istifadə edə bilərlər.

Bildirilib ki, bu nəqliyyat dəhlizindən istifadə ilə bağlı Rusiya ilə Gürcüstan arasında 2011-ci ildə imzalanmış müqavilədə də xatırlanır. Bu il dekabrın 19-da Berndə Gürcüstanın Gəlirlər Xidməti ilə İsveçrənin SGS kompaniyası arasında bu dəhliz ilə daşınacaq yüklərin monitorinqinin aparılmasına dair müqavilə imzalanıb.

Gürcüstanın əsas müxalifəti hesab olunan “Vahid milli hərəkat” Partiyasının üzvü, Gürcüstan hökumətinin sabiq başçısı Qriqol Vaşadze deyib ki, bu dəhlizdən üçüncü ölkənin istifadə etməsi 2011-ci ildə imzalanmış müqavilənin şərtlərinə ziddir. Ermənistana öz yüklərini bu dəhlizlə daşımasına icazənin verilməsinin bu müqavilə ilə heç bir əlaqəsi yoxdur.(azərtac)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam