Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Vəfa Quluzadə Firudun Cəlilova cavab verdi

 

 

   "Xeberinfo.com": Türkoloq-alim, Azərbaycanın keçmiş təhsil naziri Firudin Cəlilov politoloq Vəfa Quluzadəni sərt tənqid edib.

   AzNews.az-ın məlumatına görə, Dünya Azərbaycanlıları Konqresi (DAK) “Yaxın Şərq olayları və İraq türkmənlərinin taleyi” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı F.Cəlilov deyib ki, V.Quluzadə Azərbaycanın dövlətçilik tarixi haqda dedikləri erməni dəyirmanına su tökməkdir: “Bir neçə gün əvvəl Vəfa Quluzadənin Azərbaycanın tarixi ilə bağlı fikirlərini gördüm. Onun mövqeyinə təəssüf edirəm. Vəfa bəy deyir ki, Azərbaycanda dövlətçilik ənənəsi 20-ci əsrdən başlayır. Bu da bizim ən böyük politoloqumuz. Ermənilər də elə bunu deyir. Onlar iddia edir ki, Azərbaycan adlı dövlət olmayıb. Bizim siyasətçimiz isə bu açıqlaması ilə ermənilərin dediyini təsdiq edir”.

Vəfa Quluzadə bizimlə söhbətində bu mövuzda danışmadığını söylədi: “Mənim belə fikrim olmayıb. Kimsə mənim adımdan uydurub”.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam