Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Türkiyə bizi əvvəldən xəbərdar etmişdi” –ABŞ-ın müdafiə naziri

 

8ff65f24-65d0-4bcb-bc51-759aa0077ff7_292“Türkiyə hava əməliyyatları ilə bağlı ABŞ-ı əvvəldən xəbərdar etmişdi”.

Yenixeber.org: Xarici KİV-ləri xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mattis Türkiyə ordusunun Suriyanın Afrin bölgəsndə keçirdiyi antiterror əməliyyatlarına münasibət bildirərkən deyib.

Pentaqon rəhbəri vurğulayıb ki, Türkiyə NATO-da ABŞ-ın müttəfiqidir: “Bu ölkənin təhlükəsizliyi ilə bağlı qanuni narahatlığı var. Türkiyənin mövqeyi aşkar idi. İndi biz gələcək birgə fəaliyyətimizə hazırlaşırıq. Bununla məşğul olacağıq”.

Qeyd edək ki, Suriyanın Afrin bölgəsini ələ keçirən terrorçu PKK qruplaşmasının YPG və PYD adlı qolları Türkiyə ərazisinə təxribat məqsədi ilə atəş açır, ölkənin təhlükəsizliy və ərazi bütövlüyü üçün təhlükə yaradır. Türkiyə ordusu bu kimi halların qarşısını almaq üçün Suriyanın Afrin əyalətində antiterror əməliyyatına başlayıb. “Zeytun budağı” adlı əməliyyatların ilk günlərində 9 kənd terrorçulardan təmizlənib. Türkiyə hərbçiləri Afrinin mərkəzinə doğru hərəkət edirlər.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam