Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Siyavuş Novruzov:"Seçki İlidir, belə təxribatlar çox olacaq..."

 

 

"Bəzi beynəlxalq təşkilatlar mətbuat azadlığına görə Əfqanıstanı belə Azərbaycandan qabaqda göstərir. Bu, çox primitiv bir yanaşmadır"

 

Yenixeber.org: Bu sözləri parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icraçı katibinin müavini Siyavuş Novruzov deyib.

S. Novruzov bildirib ki, bəzi dövlətlərin təbii sərvətlərini talamaq üçün hansısa müxalif qüvvələr formalaşdırılır, ölkələri fəlakətlə üz-üzə qoyulur: "Bu gün Yaxın Şərq ölkələrində baş verənlər bunun nəticəsidir. Yaxud ABŞ Dövlət Departamenti Azərbaycanı qeyri-stabil ölkələr sırasında göstərir. Azərbaycana turistlərin gəlməsinə mane olmaq istəyirlər. Azərbaycan necə qeyri-stabil ölkədir ki, ABŞ və Rusiya Baş qərargahlarının rəisləri məhz Bakıda görüşür?

Bu il seçki ilidir, belə təxribatlar çox olacaq. Azərbaycan xalqı müdrik xalqdır, seçkidə öz seçimini edəcək, kənar müdaxilələrə yol verilməyəcək. Mətbuatın dəstəyi də bu sahədə önəmlidir". (APA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam