Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Hər yeri “şumlasaq”, “Zeytun budağı” bir neçə günə bitər” -Ərdoğan

 

ERDOQHər şeyi dümdüz edib keçsək, “Zeytun budağı” əməliyyatı bir neçə günə bitər.

Yenixeber.org: Məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Hakim Ədalət və İnkişaf Partiyasının vilayət rəhbərlərinin geniş iclasında çıxış edən R.T.Ərdoğan qeyd edib ki, Türkiyənin Afrini işğal etmək niyyəti yoxdur: “Əgər biz tanklarımızla, toplarımızla, təyyarələrimizlə, helikopterlərimizlə qarşımıza çıxan hər şeyi dümdüz edib keçsək, bu əməliyyat bir neçə günə bitər. Amma biz ən azı öz əsgərlərimizin əmin-amanlığı qədər qarşımızdakı güclərin qalxan kimi istifadə etməkdən çəkinmədiyi günahsız mülki şəxslərin təhlükəsizliyini də nəzərə alırıq. Çünki biz Afrini işgal etməyə getmirik”.

Dövlət başçısı vurğulayıb ki, Türkiyə problemin həlli üçün çox səy göstərdi: “Amma heç birini anlamadılar. Artıq bıçaq sümüyə dirəndi. Gözlənilən gün gəlib çatdı”.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16″ təyyarələri də cəlb olunub.(trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam