Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

İran mediası Türkiyə əleyhinə kampaniya başlatdı

 

 İran mediası Türkiyə əleyhinə kampaniya başlatdı

 

İran mediası Türkiyənin terror təşkilatlarına istiqamətlənmiş “Zeytun budağı” hərbi əməliyyatlarına qarşı qaralama kampaniyası başladıb

Yenixeber.org: Bir sıra xəbər agentlikləri və qəzetlər Afrin əməliyyatlarını suriyalı kürdlərlə qarşıdurma adlandırıb.

Ölkənin rəsmi və mühafizəkar “İran” qəzeti Afrin hərəkatını “Türkiyə Suriya kürdlərinə qarşı əməliyyatlara başladı”, “Prezident Rəcəb Tayyib Ərdoğanın yeni macərası”, “Suriyanın şimalındakı xalqa qarşı hava hərəkatı” başlıqları ilə tirajlayıb.

“Etimad” qəzeti isə Afrin əməliyyatlarının səbəbini özünəməxsus şəkildə açıqlayıb: “Kürd silahlı ünsürlərinin Əsəd rejiminin yanında olması, terror təşkilatının rəhbəri Abdullah Öcalana tabe olması və PKK-nın əmri ilə hərəkət etmələri...”

Qeyd edək ki, Türkiyə “Zeytun budağı” əməliyyatı ilə sərhədləri yaxınlığında yaradılmış terror koridorunu yarmaq niyyətindədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam