Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Azərbaycanda prezidentliyə daha bir namizəd irəli sürüldü

 

 

 

Müasir Müsavat Partiyası Siyasi Şurasının iclası keçirilib

 

Yenixeber.org:   İclasda çıxış edən partiya sədri Hafiz Hacıyev qarşıdakı Azərbaycan Prezidenti seçkilərindən danışıb.

O qeyd edib ki, prezident seçkilərinin aprel ayında keçirilməsi qanunvericiliyə uyğundur: "Seçkilər ölkənin Konstitusiyasına uyğun keçiriləcək. Bəzi özlərini müxalif adlandıran, "Soros" və digər xarici qüvvələrdən, ermənilərdən maliyyələşən qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Biz buna imkan verməyəcəyik".

Daha sonra iclasın gündəliyi təsdiqlənib. İclasın gündəliyinə əsasən Müasir Müsavat Partiyasından prezident seçkilərində namizədin irəli sürülməsi müzakirə edilib. Müzakirələrdən sonra partiya sədri H.Hacıyevin prezidentliyə namizədliyinin irəli sürülməsi təklif olunub.

Təklif səsə qoyulub və H.Hacıyevin Müasir Müsavat Partiyasından prezidentliyə namizədliyinin irəli sürülməsi qəbul olunub

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam