Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Həmsədrlər Bakı və İrəvana çağırış etdi- Yenilənib

 

Həmsədrlər Bakı və İrəvana çağırış etdi - Yenilənib

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlərindən sonra bəyanatla çıxış ediblər.

Yenixeber.org: Bəyanatda yaxın günlərdə təmas xəttində insanların həlak olması ilə bağlı dərin narahatçılıq ifadə olunub.

Həmsədrlər tərəfləri Cenevrədə razılaşdırıldığı kimi gərginliyin azaldılması üçün əlavə addımlar atmağa və atəşkəs rejiminə riayət etməyə çağırıblar. Vasitəçilər həmçinin münaqişə tərəflərini təhrikedici bəyanatlardan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə səsləyiblər.

"Biz tərəflərə güc tətbiq etməmək, ərazi bütövlüyü, hüquq bərabərliyi və xalqların öz müqəddəratlarını təyinetmə də daxil olmaqla, Helsinki yekun aktının başlıca prinsipləri əsasında münaqişənin sülh yollarının tapılması istiqamətində kömək etməkdə qətiyyətliyik. Eyni zamanda tərəflərin hazırkı seçki dövrü nəzərə alınmaqla, intensiv danışıqları davam etdirmək niyyətlərini alqışlayırıq", - deyə bəyanatda qeyd olunub. (Report)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam