Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Georgi Kvirikaşvili:"Azərbaycan Gürcüstanın etibarlı dostu və strateji tərəfdaşıdır"

 

 

"Azərbaycan və gürcü xalqları tarixən dost və qardaş olublar. Sevincli və kədərli günlərdə hər zaman bir yerdə, bir-birlərinə arxa və dayaq olublar"

 

Yenixeber.org: Bu fikirlər Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin Novruz Bayramı ilə əlaqədar bu ölkədə yaşayan azərbaycanlılara təbrik məktubunda yer alıb.

Təbrik məktubunu martın 21-də Marneulidə keçirilən Novruz şənliyində Kvemo Kartli bökgəsinin qubernatoru Qriqol Nemsadze oxuyub.

Məktubda deyilir ki, Novruz bahar bayramı və yeni ilin başlanğıcıdır: "Biz bir ölkənin uşaqlarıyıq. Bizim xalqlarımız, əcdadlarımız daim bir yerdə, çiyin-çiyinə çalışıblar. Sevincli və kədərli günlərdə bir-birlərinə arxa-dayaq olublar. Bu dostluğumuz, qardaşlığımız bu gün də davam edir".

Gürcüstanda yaşayan azərbaycanlıların bu ölkənin ictimai-siyasi həyatındakı rolunu yüksək qiymətləndirən baş nazir Azərbaycan və Gürcüstan dövlətləri arasındakı dostluğu da yüksək qiymətləndirərək deyib: "Azərbaycan Gürcüstanın etibarlı dostu və strateji tərəfdaşıdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam