Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

23 diplomat Rusiyanı tərk edir

 

 23 diplomat Rusiyanı tərk edir

 

Böyük Britaniyanın 23 diplomatı bu gün Rusiyanı tərk edir

Yenixeber.org: Diplomatları daşıyan 3 mikroavtobus Böyük Britaniyanın Rusiyadakı səfirliyini tərk edərək hava limanına gedib. Səfirliyin digər əməkdaşları həmkarlarını alqışlarla yola salıblar. Qeyd edək ki, martın 4-də Britaniyanın Solsberi şəhərində Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı zəhərlənib. Britaniya tərəfi Skripalın zəhərlənməsində Rusiya dövlətini ittiham edib. Rusiya isə hadisədə əlinin olmasını inkar edir. Bu insidentlə bağlı Britaniyada diplomat adı altında fəaliyyət göstərən 23 rusiyalı kəşfiyyatçı ölkədən çıxarılıb, Rusiya ilə yüksək səviyyədə ikitərəfli əlaqələr dondurulub.

 
Rusiya Xarici İşlər Nazirliyi də martın 17-də Britaniyaya qarşı cavab tədbirlərini açıqlayıb. Bu tədbirlərə əsasən 23 britaniyalı diplomat "arzuolunmaz şəxs" elan edilib, onlara Rusiyanı tərk etmək üçün bir həftə vaxt verilib. Bundan başqa, Britaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlanıb, "Britaniya Şurası"nın ölkədə fəaliyyəti dayandırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam