Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Məzahir Pənahov:"Səsvermə bülletenlərinin paylanmasına ucqar bölgələrdəki seçki məntəqələrindən başlanılacaq"

 

Prezident seçkiləri ilə bağlı çap edilmiş səsvermə bülletenlərinin paylanmasına ilk növbədə ucqar bölgələrdəki seçki məntəqələrindən başlanılacaq

 

Yenixeber.org: Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

"Yaxın məsafədəki ərazilərdə bülletenləri əldə etmək asandır", - deyə, o, əlavə edib.

Qeyd edək ki, bu gün səsvermə bülletenlərinin çapına başlanılıb. Ümumilikdə, 5 milyon 347 min 803 seçki bülleteninin hazırlanması nəzərdə tutulub. Bülletenlər Milli Məclisin mətbəəsində çap edilir.

Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib. Ölkədə 5 milyon 309 min 434 seçici var. Seçki Məcəlləsinə əsasən, seçki bülletenlərinin sayı seçicilərin sayından 3 faiz artıq olmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam