Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Həmsədr:“Azərbaycan Parlamenti ilə Avropa İttifaqı arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir”

 

 “Azərbaycan Parlamenti ilə Avropa İttifaqı arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir”

Yenixeber.org:  Bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasında qurumun həmsədri Cavanşir Feyziyev deyib.
O, bu əlaqələrin daha da inkişaf etdirilməsinə çalışdıqlarını bildirib: “Azərbaycan bir çox sahələrdə Avropa İttifaqı ilə əməkdaşlıq edir”.
Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Sayyad Kərim çıxışında Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərindən məmnun olduğunu bildirib. O vurğulayıb ki, Avropa İttifaqı Azərbaycan üçün həm də ticari tərəfdaşdır: “Əməkdaşlığımız yalnız enerji sahəsi ilə məhdudlaşmır. Azərbaycanın böyük nəqliyyat qovşağına sahib olması əməkdaşlıqda xüsusi yer tutur”.
O qeyd edib ki, regionda baş verənlər diqqət mərkəzindədir: “Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlıdır”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam