Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Elmar Məmmədyarov:"Ermənistan yüzlərlə Suriya ermənisini işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirib"

  

Ermənistan Suriya ermənilərini işğal altında olan Azərbaycan ərazilərinə yerləşməyə təşviq edir

 "Qaçqın böhranının aradan qaldırılmasına töhfə vermək bəhanəsi ilə bəzi gizli maraqlar naminə Yaxın Şərqdən qaçqınların problemlərindən faydalanmaq kimi davamlı cəhdlər olduğunu vurğulamalıyam. Suriyada vəziyyət pisləşdikdən sonra, Ermənistan Suriya ermənilərini işğal altında olan Azərbaycan ərazilərinə yerləşməyə təşviq edir"
Yenixeber.org: Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yaxın Şərqdə etnik və dini zorakılığın qurbanları mövzusunda beynəlxalq konfransda deyib.
Nazir vurğulayıb ki, müxtəlif hesabatlara əsasən, yüzlərlə Suriya ermənisi işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilib: "Beynəlxalq qanunların, xüsusən Dördüncü Cenevrə Konvensiyasının və onun Əlavə Protokollarının ciddi şəkildə pozulması sayılan bu köçürmə siyasətinin arxasında azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının qarşısını almaq və işğal edilmiş ərazilərin ilhaqını təmin etmək siyasəti dayanır. Həqiqətən də, beynəlxalq ictimaiyyətin diqqəti Suriyadakı böhrandan çıxmağın yollarını axtarmağa yönələrkən, bu ölkənin əhalisinin problemlərinin başqa bir bölgədə sülh səylərini daha da mürəkkəbləşdirmək üçün istifadə olunduğunu bilmək dərindən narahatedicidir. Bu tamamilə qəbuledilməz və yolverilməzdir".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam