Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Sarkisyanla yalnız Qarabağı müzakirə edə bilərəm" -Paşinyan

"Sarkisyanla yalnız Qarabağı müzakirə edə bilərəm" - Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərin müzakirəsi üçün ölkənin sabiq prezidenti Serj Sarkisyanla görüşə bilər.

Yenixeber.org: Paşinyan bu barədə erməni jurnalistlərlə açıqlamasında bildirib.
"Serj Sarkisyanla nəzəri cəhətdən mümkün ola biləcək yeganə görüş, Qarabağ problemi barədə informasiya alınmasının vacibliyi ilə bağlı ola bilər” – deyə Paşinyan bildirib.

Qeyd edək ki, Ermənistanda aprelin 13-dən başlayan kütləvi etirazlar nəticəsində baş nazir Serj Sarkisyan vəzifəsindən istefa verib. Mayın 8-də isə ölkə parlamenti küçə etirazlarının lideri Nikol Paşinyanı Ermənistanın baş naziri seçib. Ermənistan tam olaraq parlament üsul-idarəsinə keçib.

Ölkə konstitusiyasına 2015-ci ildə edilmiş dəyişikliyə əsasən, prezidentin səlahiyyətləri məhdudlaşdırılaraq, simvolik xarakter alır və dövlətin başçısı hökumətə rəhbərlik edən baş nazir olur. Dağlıq Qarabağ münaqişəsilə bağlı Ermənistan tərəfindən ən yüksək səviyyədə danışıqlar aparacaq rəsmi şəxs də baş nazir olacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam