Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Səfir:"Fransanın xarici işlər nazirinin Bakıya səfəri xüsusi əhəmiyyət kəsb edir"

 

"Fransa və Azərbaycan arasında münasibətlərin əsası hələ Azərbaycan Demokratik Respublikasının mövcudluğu dövründə qoyulub. Bu baxımdan, Fransanın xarici işlər naziri Jan-İv Le Drianın ADR-in 100 illiyi münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak etmək üçün Bakıya səfəri xüsusi əhəmiyyət kəsb edir"

Yenixeber.org:  Bunu jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Arureliya Buşe deyib.
Onun sözlərinə görə, Azərbaycan-Fransa münasibətləri bir çox istiqamət üzrə inkişaf edir, təhsilə xüsusi diqqət yetirilir: "Təhsil sahəsində əməkdaşlıq həmişə - istər ADR dövründə, istərsə də bu gün münasibətlərimizin əhəmiyyətli tərkib hissəsi olub. Ölkə prezidentlərinin səyləri ilə yaradılan Azərbaycan-Fransa Universiteti buna bariz nümunədir".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam