Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Krımı Rusiya ərazisi kimi tanıya bilmərik”– Serbiya prezidenti

 Rusiya ilə yaxın münasibətlərə malik olan Serbiyanın prezidenti Aleksandr Vuçiç Krımı Rusiyanın tərkib hissəsi olaraq tanımamalarının səbəbini açıqlayıb

Yenixeber.org: A. Vuçiç Fransanın “Monde” qəzetinə müsahibəsində bildirib ki, Krımı Rusiya ərazisi kimi tanımaq Kosovonun müstəqilliyinə dəstək mənasına gələr: “Biz Krımı Rusiyanın tərkib hissəsi kimi tanımamışıq. Çünki belə etsək, bu, o mənaya gələrdi ki, biz Kosovonun müstəqilliyini dəstəkləyirik”.
A. Vuçiç qeyd edib ki, Belqrad Avropa Birliyinə daxil olmaq istəsə də, Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Onun fikrincə, avrointeqrasiya və Rusiya ilə yaxşı münasibətlər bir-birinə zidd deyil.
Xatırladaq ki, əvvəl keçmiş Yuqoslaviyanın tərkibində olan Kosovo 2008-ci ildə müstəqilliyini elan edib və indiyə qədər 114 dövlət tərəfindən tanınıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam