Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Rusiyanın G-7 formatına qayıtması mümkün deyil”– Merkel

 “Hazırda Rusiyanın G-7 formatına qayıtması mümkün deyil”

Yenixeber.org: Bu sözləri Almaniya kansleri Angela Merkel Bundestaqda “hökumət saatı” zamanı sualları cavablandırarkən deyib. O bildirib ki, “Böyük səkkizlər”in iştirakçılarının qarşılıqlı fəaliyyəti beynəlxalq hüquq normalarına əməl olunmasına əsaslanırdı: “Krımın ilhaqı beynəlxalq hüququn kobud pozuntusu idi, ona görə də Rusiyanın G-8 formatından kənarlaşdırılması qaçılmaz oldu”.
Bununla yanaşı, A. Merkel Moskva və Berlin arasında daimi əlaqənin mövcud olduğunu söyləyib.
Qeyd edək ki, 2014-cü ildə Rusiyanın Krımı işğal və ilhaq etməsindən sonra G-8 formatında iştirak edən 7 ölkə Soçidə nəzərdə tutulan növbəti sammitə qatılmayaraq Brüsseldə Rusiyasız görüş keçirib. Beləliklə, format G-7 olub. Bura ABŞ, Kanada, Britaniya, Almaniya, Fransa, Yaponiya və İtaliya daxildir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam