Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Ərdoğan ermənipərəst mövqe tutur”

 

arastun oruclu

  “Davudoğlunun Mahçupyanı özünün baş məsləhətçisi təyin etməsi 2015–ci ilə hesablanıb”

     "Xeberinfo.com": Bunu Hafta.az-a açıqlamasında politoloq Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib. Politoloqun sözlərinə görə, Türkiyə baş nazirinin bu addımı qondarma soyqırımın 100 illiyinə hesablanıb: “Ərdoğan hakimiyyətinin belə bir qərar verməsi siyasi cəhətdən müəyyən taktiki uğurlara hesablanıb. Türkiyə çalışır ki, “soyqırım məsələsində özünü sığortalıya bilsin”.

    Ərəstun Oruclu bu tipli hadisənin Türkiyə siyasi tarixində ilk belə hal olmadığını da vurğulayıb: “Türkiyənin yaxın 100 illik tarixində, cümhuriyyətin ilk illərində, eləcə də Atatürk dönəmində də erməni əsilli siyasətçilər Türkiyə iqtidarında yer alıblar. Nə dəyişib ki? Ümumiyyətlə, bu cür taktiki gedişlər nəyinsə dəyişməsinə yox, müəyyən siyasi manevrlərlə uğurlara hesablanıb. Düşünürəm ki, AKP-nin bu addımı da məhz bu qəbildəndir”.

   Politoloqun sözlərinə görə, bundan başqa, Ərdoğan və Davudoğlu ermənipərəst mövqeləri ilə seçilirlər: “Məncə, Ərdoğan bu addımı bilərəkdən atıb. Çünki hazırkı prezident və baş nazir ermənipərəst mövqeyi tutur. Birbaşa Türkiyəpərəst mövqedə duran adamlar deyillər. Bunu həm də siyasətin tələbləri ilə də izah etmək. Siyasətin əsas tələbi peşəkarlıqdır”.

    Xatırladaq ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu erməni jurnalist Etyen Mahçupyanı özünə baş məsləhətçi təyin edib. Mahçupyan daha əvvəl “Aqil İnsanlar Heyəti”nə üzv olan Mahçupyan köşə yazarı kimi tanınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam