Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

«Erməni mafiyası»na qarşı genişmiqyaslı əməliyyat– İspaniyada…

 İspaniyada «erməni mafiyası»na qarşı genişmiqyaslı əməliyyat başlanıb

 Yenixeber.org: Bu barədə, «Mossos d’Esquadra» Kataloniya hüquq-mühafizə orqanları «Tvitter»də xəbər verirlər

«Milli polislə birlikdə erməni mənşəli və narkomafiya, silah alveri, tütün qaçaqmalçılığı, çirkli pulların yuyulması, idman oyunlarında korrupsiya və digər maddi cinayətkarlıq əməlləri ilə əlaqəli cinayətkar qruplaşmaya qarşı bütün Avropada əməliyyat aparırıq» – deyə, Kataloniya polisi xəbər verir.
İspaniya KİV-nin məlumatına görə, əməliyyatın gedişində Barselonada, Madriddə, Valensiyada, Albasetdə və digər şəhərlərdə axtarışlar aparılır. Ehtimal edilir ki, ümumilikdə, 70 axtarış tədbiri həyata keçiriləcək və 100 nəfərdən artıq adam həbs olunacaq.
Söhbət, Avropadakı erməni mənşəli nəhəng cinayətkar qruplaşmadan gedir. Şübhəli bilinənlərin ABŞ, Fransa, Belçika, İtaliya və Litva ilə əlaqələi var.
Hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla, «El Pais» qəzeti xəbər verir ki, bu əməliyyat Gürcüstandan olan qruplaşmanın – Şuşanaşvili qardaşlarının və erməni mənşəli qanuni oğru Erik Caginyanın fəaliyyətinə nöqtə qoyacaq.
Təhqiqatlar 2016-cı ildə Tarrasda (Kataloniya) həyata keçirilmiş «ikiqat qətl»dən sonra başlanıb.
Bu xəbərdə bir məqama diqqət yetirmək pis olmazdı – xaricdə gürcü və erməni mafiyaları əksər hallarda, birgə fəaliyyət göstərirlər…

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam