Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi ilə görüşüb

 

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iki ölkə arasındakı sanksiya qalmaqlından sonra ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə Sinqapurda ASEAN-a üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısı çərçivəsində ilk dəfə görüşüb.

Yenixeber.org: “Anadolu” agentliyi xəbər verir ki, diplomatlar Suriyadakı vəziyyəti, Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsini, ABŞ istehasalı olan “F-35” döyüş təyyarələrinin 5-ci nəslinin Türkiyəyə tədarük olunmasını, eləcə də amerikalı keşiş Endryu Bransonun mühakiməsini müzakirə ediblər.

Son 15 gün ərzində Çavuşoğlu ilə Pompeo 4 dəfə telefonla danışıb. Tərəflər arasında sonuncu dəfə avqustun 1-də Maykl Pompeonun təşəbbüsü ilə telefon danışığı olub.

Qeyd edək ki, ABŞ 2016-cı il iyulun15-də Türkiyədə dövlət çevirlişində iştirakda şübhəli bilinən Endryu Bransona görə Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı sanksiya tətbiq edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam