Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Türkiyə-Rusiya-Almaniya-Fransa formatına ilk razılıq gəldi

 

Türkiyə-Rusiya-Almaniya-Fransa formatına ilk razılıq gəldi
Rusiya Ankaranın təşkil edəcəyi Türkiyə-Rusiya-Almaniya-Fransa sammitində iştirak etməyə hazırdır, lakin bu görüş heç də bütün tərəflərlə razılaşdırılmayıb.
 Yenixeber.org: Bu barədə sammitin keçirilməsi üzrə danışıqlarda iştirak edən rusiyalı yüksək vəzifəli mənbə “RİA Novosti” agentliyinə açıqlamasında deyib.

“Yüksək səviyyədə (dövlət başçıları səviyyəsində - red.) görüş razılaşdırılmayıb. Bizimlə razılaşdırılıb, amma digər iştirakçılarla yox”, – deyə rusiyalı rəsmi bildirib. Onun sözlərinə görə, sammitin başlıca mövzusu humanitar yardım məsələləri də daxil olmaqla Suriyada əməkdaşlıq olacaq. Digər bir mənbə isə agentliyə bildirib ki, sammitin keçirilməsinədək Fransa və Almaniyanın suriyalı qaçqınlarla bağlı vəziyyətin tənzimlənməsinə qoşulması məsələsi dörd tərəfin diplomatları ilə ayrıca müzakirə olunacaq. Əvvəlcə Avropa nümayəndələri türklərlə, sentyabrda isə ruslarla müzakirə aparacaqlar.

Qeyd edək ki, bundan əvvəl Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bu cür görüşün keçirilməsinə dair hansısa razılığın olmadığını bildirmişdi.

Xatırladaq ki, iyulda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 7 sentyabrda İstanbulda Türkiyə, Rusiya, Almaniya və Fransa liderlərinin sammitinin keçiriləcəyini bəyan edib. Onun sözlərinə görə, danışıqların əsas mövzusu Suriyaböhranı və digər regional problemlər olacaq. Ekspertlər bunun Suriyada siyasi nizamlanma üzrə Astana prosesi iştirakçılarının da yer aldığı yeni format olacağını ehtimal edirlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam