Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Pentaqondan Şimali Koreyanı qıcıqlandıracaq sözlər:32 000 amerikalı əsgərə rəğmən...

 

Pentaqondan Şimali Koreyanı qıcıqlandıracaq sözlər: 32 000 amerikalı əsgərə rəğmən...

"ABŞ-ın Cənubi Koreya ilə birgə həyata keçirdiyi hərbi təlimlərə son vermək kimi bir planı yoxdur".

Yenixeber.org: Bu barədə Amerikanın müdafiə naziri Ceyms Mattis deyib.

Pentaqonda mətbuata açıqlama verən nazir Seul ilə əməkdaşlıqlarının davam edəcəyini qeyd edib.

Şimali Koreya ilə yeridilən diplomatik prosesin yavaşladığına diqqət çəkən Mattis hələlik 2019-cu il üçün hərbi təlim planlaşdırmadıqlarını, ancaq qısa müddət ərzində yekun qərara gələcəklərini söyləyib.

Qeyd edək ki, iyun ayında Şimali Koreya lideri Kim Çen In ilə Sinqapurda görüşən ABŞ prezidenti Donald Tramp zirvədən sonra verdiyi açıqlamada Şimali Koreya ilə müzakirələr davam edərkən Cənubi Koreya ilə ortaq hərbi təlimləri dayandıracaqlarını söyləmişdi.

Cənubi Koreyada 32 000 ABŞ əsgərinin olduğunu xatırladan Tramp zirvədən sonrakı müddətdə müzakirələrin olduğu kimi davam etmədiyini görənə qədər savaş oyunlarını dayandıracaqlarını və buna görə böyük miqdarda maliyyəyə qənaət edəcəklərini bildirmişdi.(publika)

Zümrüd


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam