Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Ruhani ABŞ-a meydan oxudu- Məqsədinizə çata bilməyəcəksiniz

"Bu yeni sui-qəsdinizin də uğursuz olacağına əminik"

 

Yenixeber.org: ABŞ rəhbərliyinin noyabrın 5-də İran neftini hədəfə alan birtərəfli sanksiyaları yalnız xalqımızı bir neçə ay iqtisadi çətinliklərlə üz-üzə qoyacaq, ancaq onun təsiri müvəqqəti olacaq.

Bu fikirləri İran prezidenti Həsən Ruhani səsləndirib.

İranın İRNA agentliyi bildirir ki, paytaxt Tehranda Nazirlər Kabinetinin toplantısında Ruhani belə deyib:

"Keçən bir neçə ay xalqımız üçün çətin olduğunu bilirəm. Qarşıdakı aylarda da çətin ola bilər, ancaq hökumət bu problemləri azaltmaq üçün bütün gücünü səfərbər edəcək".

İran lideri çıxışında ABŞ-a meydan oxuyub: "Bu yeni sui-qəsdinizin də uğursuz olacağına əminik. Onsuz da yavaş-yavaş geri addım atmağa başladılar. Əvvəl İranın neft ixracını sıfıra göndərəcəklərini söyləyirdilər, daha sonra bunun mümkün olmadığını gördükdə İranın neft ixracını azaltmaq istədiklərini dedilər. İran nefti məsələsində heç bir məqsədinizə çata bilməyəcəksiniz".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam