Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Rusiyadan ABŞ-a xəbərdarlıq -Venesuelaya hərbi müdaxilə yolverilməzdir

 

Rusiyadan ABŞ-a xəbərdarlıq - Venesuelaya hərbi müdaxilə yolverilməzdir
Rusiya Venesuelada baş verənlər fonunda ABŞ-ın bu ölkəyə hərbi müdaxiləsi barədə xəbərdarlıq edib.
 Yenixeber.org: Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “Beynəlxalq həyat” jurnalına müsahibəsində deyib. Bildirib ki, ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi yolverilməzdir və bu, ən fəlakətli ssenari olardı.
“Biz bununla bağlı (ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi) xəbərdarlıq edirik. Hesab edirik ki, bu, hazırda Latın Amerikası regionunda müşahidə etdiyimiz inkişaf modelinin əsaslarını sarsıdan fəlakətli ssenari olacaq” – Ryabkov vurğulayıb.

Rusiyalı diplomat onu da əlavə edib ki, Moskva özünün strateji tərəfdaşı olan Venesuelanı bundan sonra da dəstəkləməyə davam edəcək və digər dövlətlərin qəsdlərinə qarşı Venesuelanın suverenliyinin keşiyində duracaq: “Venesueladakı vəziyyətin inkişafını müşahidə edərkən görürük ki, ABŞ da daxil olmaqla, konkret ölkələr qrupu müxtəlif növ bəhanələrlə bizə dost olan Venesuelaya qarşı təzyiqləri gücləndirmək üçün fərqli meydanlardan, o cümlədən də, Amerika Dövlətləri Təşkilatından istifadəyə cəhd edirlər.”

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam