Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Putin elə hərəkət etdi ki... -Poroşenko Amerikaya şikayətləndi

 

Putin elə hərəkət etdi ki... - Poroşenko Amerikaya şikayətləndi

Rusiya prezidenti Vladimir Putin Kerç boğazında hadisədən sonra ukraynalı həmkarı Pyotr Poroşenkonun telefon zənginə cavab verməyib.

 Yenixeber.org: Bu haqda Ukrayna prezidentinin özü ABŞ-ın “Fox News” telekanalına müsahibəsində şikayətlənib.

Onun sözlərinə görə, Rusiya liderinə zəng edərək nəyin baş verdiyini aydınlaşdırmaq istəyirdi.

Xatırladaq ki, noyabrın 25-də Rusiya sərhədçiləri Kerçen boğazında silah tətbiq edərək Ukrayna Hərbi-Dəniz Qüvvələrinin üç gəmisini saxlayıb. Nəticədə, 3 Ukrayna hərbçisi yaralanıb. Bundan başqa, 24 Ukrayna hərbçisi saxlanılıb. Onlar hələ də azad olunmayıb.

Ukrayna hakimiyyətinin fikrincə, Moskva dəniz hüququ üzrə BMT Konvensiyasını, həmçinin Azov dənizi və Kerç boğazından istifadə üzrə əməkdaşlıq haqqında Ukrayna-Rusiya müqaviləsi pozub. Moskva isə bunun əksini iddia edir və beynəlxalq hüquq çərçivəsində hərəkət etdiyini bildirir.

Dekabrın əvvəlində Vladimir Putinin özü də bildirmişdi k, Poroşenkonun telefon zənglərinə cavab verməyəcək, çünki Ukraynada prezident seçkilərində onun seçki kampaniyasında iştirak etmək niyyətində deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam