Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Paşinyan XİN rəhbərini danışıqlarda qurban verəcək

 

Paşinyan XİN rəhbərini danışıqlarda qurban verəcək
Qarabağ separatçılarının tərəf kimi danışıqlar prosesində iştirakı tələbi fiakoya uğrasa, Ermənistanın baş naziri Nikol Paşinyan “B” planın işə salacaq.
Yenixeber.org: Bunu Ermənistanın “Past” qəzeti mənbələrinə istinadən yazıb.

Qeyd olunur ki, Paşinyanın Azərbaycanın işğal altındakı ərazilərində qanunsuz yaradılmış qondarma “Dağlıq Qarabağ Respubikası”nın “Milli Təhlükəsizlik Şurası”nın “iclasında” iştirak etmək üçün Xankəndinə gəlməsi və separatçıların lideri Bako Saakyanla görüşməsinin məsədi də gələcəkdə atıla biləcək alternativ addımlar üzərində baş sındırmaqdır. Qəzet, səfərin ATƏT-in Minsk qupu həmsədrlərinin “Qarabağ münaqişəsinin nizamlanması üzrə mövcud danışıqlar formatı dəyişdirilə bilməz” bəyanatından sonra reallaşmasını bununla əlaqələndirir.

“Qarabağ məsələsi üzrə Ermənistan hökumətinin bir neçə variantı var. Lakin xüsusən də, Minsk qrupu həmsədrlərinin son bəyanatından sonra Paşinyan “B” planı üzərində düşünməyə başlayıb. Plan isə ondan ibarətdir ki, perspektivdə Ermənistan üçün heç də yaxşı olmayan proseslər başlayarsa, Paşinyan “günah keçisi” axtaracaq və nəticədə, yürütdüyü xarici siyasətə görə məsuliyyəti xarici işlər naziri Zohrab Mnatsakanyanın üzərinə atacaq. Belə olduqda, o, sadəcə XİN rəhbərini dəyişəcək. Bu isə bir tərəfdən vaxt udmağa, digər tərəfdən isə Qarabağ danışıqlarındakı bütün uğursuzlaqları və günah yükünü Mnatsakanyanın üstünə atmağa imkan verəcək” – qəzet vurğulayır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam